İlham Əsgərov vəfat etdi -

ilham-esgerov-vefat-etdi-
Oxunma sayı: 2965

 

“Qafqazinfo” xəbər verir ki, 57 yaşlı aktyor infarkt vurması nəticəsində dünyasını dəyişib. Qeyd edək ki, bir neçə il öncə İ.Əsgərovun beyninə qan sızmışdı.

İlham Əsgərov 3 sentyabr 1958-ci ildə anadan olub. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. İstedadlı aktyor Akademik Teatrın ən populyar tamaşalarında iştirak edib.

İlham Əsgərov 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 15 may 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə və 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülüb.

“Qafqazinfo”