“İkinci güllə”nin təqdimatı oldu

ikinci-gullenin-teqdimati-oldu
Oxunma sayı: 1764

17 fevral saat 18:00-da CinemaPlus Azərbaycan kinoteatrında “Narimanfilm” kinostudiyasının istehsalı olan “İkinci güllə” qısametrajlı filminin təqdimatı olub.

"Qafqazinfo"ya daxil olan məlumata görə, “İkinci güllə” filminin ssenarisi 2013-cü ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil etdiyi “Yeni Nəfəs-1” ssenari müsabiqəsinin qalibi olub.

Təqdimatı giriş sözü ilə açan, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova “Yeni nəfəs” müsabiqəsi və onun gənc müəllifləri üzə çıxarmaqla Azərbaycan kinosuna göstərdiyi xidmətdən danışıb.

Dram janrında olan film, ucqar bir kənddə bir toy gecəsi baş verən əhvalatı danışmaqla günümüzdəki bir çox problemlərə işıq salır. Bizim yaşadığımız dəyərlər, kütlə basqısı və onun faciəvi nəticəsi göstərilir.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru Natiq Rəsul, Prodüseri Nariman Məmmədov, Quruluşçu operatoru Kirill Gerradır.

Filmdə rolları, Əməkdar artistlər – Vidadi Həsənov, Hüsniyyə Mürvətova, Nəsibə Eldarova, Leyli Vəliyeva və aktyorlar Manaf Dadaşov, Elmin Bədəlov, Elgün Həmidov canlandırır.