“İçəri Şəhər” növbəti festivalda

iceri-seher-novbeti-festivalda
Oxunma sayı: 636

“İçəri Şəhər” bədii filmi Hindistanın 7-ci “Yaşvant” Beynəlxalq Film Festivalına dəvət alıb.

Qafqazinfo” xəbər verir ki, festival 20-26 yanvar tarixlərində Mumbay şəhərində keçiriləcək.

Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

“İçəri Şəhər” filmi hal-hazırda Hindistanda 15-ci “Pune” Beynəlxalq Film Festivalı çərçivəsində nümayiş olunur.

Film həmçinin Misirin 38-ci Qahirə Beynəlxalq Film Festivalı, 47-ci Hindistan Beynəlxalq Film Festivalı (Qoa), Estoniyanın 20-ci Tallin “Qaranlıq gecələr” Film Festivalı və Hindistanın 21-ci Kerala Beynəlxalq Film Festivalında nümayiş olunub. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.

Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.