Heydər Əliyev adına məktəbdə buraxılış gecəsi keçirilib - Həştərxanda

heyder-eliyev-adina-mektebde-buraxilis-gecesi-kecirilib
Oxunma sayı: 1042

Həştərxanda yerləşən Heydər Əliyev adına məktəbdə buraxılış gecəsi keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, tam orta ümumtəhsil məktəbində təhsil proqramını mənimsəmiş və Vahid Dövlət İmtahanları formasında yekun dövlət attestasiyasından keçmiş 20 nəfər 11-ci sinif şagirdlərinə attestatların təqdim edilməsi mərasimi keçirilib.

Mərasimdə Ümumrusiya Azərbaycanlıları Konqresinin Həştərxan vilayəti bölməsinin sədri Ədalət Hüseynov, müəllimlər, şagirdlər və onların valideynləri iştirak ediblər.

Heydər Əliyevin adına məktəbin Həştərxan azərbaycanlılarının qürur mənbəyi olduğunu deyən Ə.Hüseynov bu təhsil ocağını bitirən məzunlara gələcək fəaliyyətlərində uğurlar diləyərək, onlara bütün çətinlikləri asanlıqla dəf edərək müəyyən etdikləri yüksək amallara doğru inamla irəliləmələrini arzulayıb.