Hərbi hissələrdə konsert - Fotolar

herbi-hisselerde-konsert-
Oxunma sayı: 1080

Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürovun da qatıldığı tədbirdə tanınmış meyxana ustadı Namiq Məna, sənətçilər Habil Laçınlı, Təhmiraz Şirinov ilə yanaşı özfəaliyyət kollektivlərinin solistləri də çıxış ediblər.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə əməkdar artist Rauf Ağakişiyevin ifasında hərbi vətənpərvər ruhlu şeirlər, solistlər İbrahim Fərzəliyev, Günay Sadıqova, Leyla Məmmədli, İlkin Əlizadə, Fəhmin Əhmədov, Gülzar Fərəcova, Nigar Şamilqızının ifasında xalq və bəstəkar mahnıları, aşıq Səbinə Gədəbəylinin ifasında saz havaları əsgər və zabitlərimiz tərəfindən alqışlarla qarşılanıb.

Sonda hərbi hissələrə göstərdiyi mədəni xidmətə görə Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov fəxri fərmanla təltif edilib.

Tədbirdə 2-ci dünya müharibəsi veteranı Mirməhəmməd Əliyev, Corat qəsəbə ağsaqqallar şurasının sədr müavini Fəxrəddin Behbudov, AVMB-nin Sumqayıt şəhər təşkilatının sədr müavini Zəkəriyyə Rəhimov çıxış ediblər.

Corat mədəniyyət evinin özfəaliyyət kollektivilərindən aparıcı və bədii qiraətçi Əliağa Tapdıq “Azərbaycan deyəndə” şeirini söylədi. Müğənnilərdən Təranə Nurlu, Aqil Heydərli, Aysel Həsənzadənin rənga-rəng çıxışları zabit və əsgərlər tərəfindən alqışlarla qarşılanıb.

Daha sonra Hərbi Hissə komandirinin müavini mədəniyyət evinin kollektivlərinə və gələn qonaqlara öz təşəkkürünü bildirib, bayram münasibətilə təbrik edib.