Flower

“Həddən artıq uyğunluq”un növbəti nümayişi - Fotolar

““Həddən artıq uyğunluq”un növbəti nümayişi -  Fotolar
Oxunma sayı: 864

10 yanvar saat 19:00-da YARAT Müasir İncəsənət Mərkəzində Ülviyyə Könülün “Həddən artıq uyğunluq” tammetrajlı bədii filminin nümayişi keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, YARAT Film Klubunun çərçivəsində təşkil olunan nümayiş yaradıcı heyət ilə sual-cavab bölümü ilə davam edəcək.

Film Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Çəkilişləri ABŞ-da və Azərbaycanda aparılan filmin ssenari müəllifləri Ramiz Fətəliyev və Aleksandr Mardan, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur.

Romantik komediya janrında çəkilən filmdə baş rolları Azərbaycanın Xalq artisti Afaq Bəşirqızı, aktyorlar Tural Əsədov, Aydan Axundzadə, Kamran Ağabalayev, Azərbaycan əsilli ABŞ aktrisası Yevgeniya Orucova və digərləri canlandırırlar.

Giriş sərbəstdir.

“Həddən artıq uyğunluq”un növbəti nümayişi -  Fotolar
“Həddən artıq uyğunluq”un növbəti nümayişi -  Fotolar

Yeni Facebook səhifəmizi bəyən