Gənc Tamaşaçıların dekabr repertuarı

genc-tamasacilarin-dekabr-repertuari
Oxunma sayı: 766

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı dekabr ayına olan repertuarını hazırlayıb.

“Qafqazinfo” xəbər verir ki, kollektiv dekabr ayında iki yeni tamaşa təhvil verməklə bərabər, ümumilikdə ay ərzində məktəblilər və böyük tamaşaçılar üçün 40 adda müxtləif janrlı tamaşalar nümayiş etdirəcək.

İki zəhmətkeş gəncin saf və təmənnasız sevgisindən danışan İ.Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” (04.12.2015, saat 19.00) tamaşası ilə başlayacaq aylıq repertuara insanı nağıllar aləmində hiss etdirən K.Ağabalayevin “Şahzadə Xəzərin nağılı” (05.12.2015, saat 10.00; 12.00),

Bakı kəndlərinin namuslu insanlarının həyatından bəhs edən Elçinin “Buzovna kəndinin əhvalatları” (05.12.2015, saat 19.00), Gözəl və Füsnkarın sevgisindən danışan B.Marvinin “Yatmış gözəl” (06.12.2015, saat 12.00),şagirdlərinin “Sabah”a olan sevgisi haqqında Ə.Əmirlinin “Mən səni sevirəm – MSS”, Lənkəran xanının vəzirinin başına gələn vaqeələr haqqında M.F.Axundzadənin “Hekayəti Vəziri xani Lənkəran” (09.12.2015, saat 16.00), Gövhərtac və Fərmanınnakam məhəbbətindən bəhs edən Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” (11.12.2015, saat 19.00), Ələddin və Qara Cadugər haqqında Ərəb Xalq nağılı “Ələddinin sehrli çırağı” (12.12.2015, saat 12.00), III Riçardın taxt-tac hərisliyindən danışan U.Şekspirin “III Riçard” (12.12.2015, saat 19.00), ögey anası və bacısının Fatmanın başına gətirdiklərindən Azərbaycan Xalq nağılı “Göyçək Fatma” (13.12.2015, saat 12.00), füsnkar Pəridən qisasçı Pəri Caduya çevrilən Ə.Haqverdiyevin “Pəri Cadu”su (13.12.2015, saat 19.00), Dilsuzun “Əlincə qalası” (16.12.2015, saat 16.00), yeni premyera S.Elsevərin “Arzu və Murad” (17.12.2015, saat 19.00), dinə ikili münasibətin sərgiləndiyi Ə.Əmirlinin “Hasarın o üzü” (18.12.2015, saat 19.00), T.A.Hofmanın “Şelkunçik” (19.12.2015, saat 10.00; 12.00), Romeo və Culyettanın nakam sevgisindən bəhs edən U.Şekspirin “Romeo və Culyetta” (19.12.2015, saat 19.00), dünyanın ən gözəl qu quşundan danışan H.K.Andersenin “Çirkin ördək balası” (20.12.2015, saat 12.00), İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər”indən eyniadlı tamaşaları daxildir.

Yeni il ərəfəsində, dekabr ayının 25-dən 30-dək hər gün saat 10.00, 12.00, 14.00, 16.00, 18.00-da isə balaca tamaşaçılarımız gənc yazar Pərvinin “Mauqlinin yeni ili” tamaşasını izləyə biləcəklər.