Fuad Poladovun “AzDrama”da son tamaşası - Teatrda anşlaq+Fotolar + Video

fuad-poladovun-azdramada-son-tamasasi-
Oxunma sayı: 6889

Xəbər verdiyimiz kimi, Xalq artisti Fuad Poladov bu gün Akademik Milli Dram Teatrında son dəfə səhnəyə çıxıb.

Qafqazinfo”nun “Müsyo İbrahim və Quran çiçəyi” adlı tamaşada iştirak edən əməkdaşının verdiyi məlumata görə, zalda anşlaq yaşanıb. Tamaşanın bugünkü saatına olan bütün biletlər satılıb, amfiteatr da daxil olmaqla zal dolub.

Həmkarları da aktyoru tək qoymayıb. Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktriası Kəmalə Müzəffər, Gəncə Dram Teatrının aktyoru Elxan Yunis, Tural Əhməd, Ülviyyə Xəlilbəyli də tamaşanı izləyənlər arasında olub.

Tamaşanın sonunda Fuad Poladov sevənləri ilə vidalaşıb və həmkarlarını səhnədə tək qoyaraq kulisə keçib. Amma güclü alqışlardan sonra yenidən səhnəyə qayıdaraq kövrəlib. Tamaşaçıların əksəriyyəti də vidalaşmada ağlayıb.

Qeyd edək ki, Fuad Poladov aktyor Hikmət Rəhimovun teatrdan istefasına etiraz olaraq “AzDrama”nı tərk edir. Poladov bundan sonra Rus Dram Teatrında işini davam etdirəcək.

Elvin Elxan