Frankfurtda “Azərbaycanda multikultural dəyərlər” adlı tədbir

frankfurtda-azerbaycanda-multikultural-deyerler-adli-tedbir
Oxunma sayı: 896

19 oktyabrdan etibarən Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz Frankfurt Kitab Sərgisində iştirak edir.

Qafqazinfo” xəbər verir ki, sərgi çərçivəsində bu gün milli stenddə “Azərbaycanda multikultural dəyərlər” adlı tədbir baş tutub.

Azərbaycanın Almaniyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Ramin Həsənov tədbirin açılış nitqini səsləndirib, Azərbaycanda multikulturalizm ənənələri və hal-hazırda bu sahədə görülmüş işlər haqqında geniş məlumat verib.

Daha sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxışı zamanı multikultural dəyərlərin əsrlər boyunca ölkəmizdə mövcud olması, orada yaşayan azsaylı xalqların və etnik qrupların mədəniyyətinin hər zaman qorunması və inkişafından bəhs edib

Ardınca Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samirə İsmayılova Patzer, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Başar Kömür, Almaniyanın Reynland Pfalts əyalətinin millət vəkili Rahim Şmitt və Şprenflingen Gensingen İcmalar Birliyinin rəhbəri Manfred Şerer çıxış edib və multikultural dəyərlərin Azərbaycandakı və dünyadakı hazırki vəziyyəti barədə məlumat veriblər.

Çoxsaylı ziyarətçilərin qatıldığı tədbirin sonunda qonaqlara multikulturalizmlə bağlı çap olunmuş kitablar hədiyyə edilib.