Fəxrəddin Manafov 33 il sonra onunla görüşdü - Fotolar

fexreddin-manafov-33-il-sonra-onunla-gorusdu
Oxunma sayı: 8047

33 ildən sonra tanınmış aktyorlar Fəxrəddin Manafov və Qalina Polskix Bakıda Heydər Əliyev Sarayının kulisi arxasında görüşüblər.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, bununla da Heydər Əliyev Sarayı rusiyalı aktrisa üçün bu sürprizi təşkil edib.

Hər iki aktyor 1983-cü ildə tanınmış rejissor Rasim Ocaqovun "Park" filmində rol alıblar.

Görüş zamanı aktyorlar mehriban şəkildə söhbət ediblər və təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, Q.Polskixin ilk əri azərbaycanlı rejissor Faiq Həsənov olub.