Festival başa çatdı - Fotolar

festival-basa-catdi
Oxunma sayı: 930

Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalına sentyabrın 27-də yekun vurulub.

QafqazinfoAzərtac-a istinadən xəbər verir ki, festivalın bağlanış mərasimində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, V.Saraçişvili adına Tbilisi Dövlət Konservatoriyasının Gənclər Xoru və Azərbaycan Dövlət Xor Kapellasının kiçik heyəti konsert proqramı ilə çıxış edib. Orkestrlərə Xalq Artisti Fəxrəddin Kərimov dirijorluq edib. Gürcüstanlı Liana Çonişvili və Xalq Artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə keçən konsertdə görkəmli bəstəkarlar Dmitri Şostakoviç və Coakkino Rossininin əsərləri səsləndirilib.