Feministlər film qalasına hücum etdi - Foto

feministler-film-qalasina-hucum-etdi
Oxunma sayı: 902

London Film Festivalında açılış filmi olan Suffragette-in (Sufrajet) qala nümayişi zamanı, qadına şiddətə etiraz edən feminist qadınlar barrikadaların üzərindən adlayaraq, qırmızı xalçanın üzərinə yatıblar.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, Londonun mərkəzindəki Leicester Meydanında "Ölü qadınlar səs verə bilməz" şüarı söyləyən qadınlar, bənövşəyi duman bombaları da partladıb.

Etiraz nümayişinin təşkilatçısı Sisters Uncut feminist qrupunun üzvləri 20-ci əsrin əvvəlində qadın hüquqları mübarizəsinin önündə olan Suffragette üsullarına diqqəti çəkərək "Qadınların qurtuluşu uğrunda mübarizə hələ ki qələbəyə çatmayıb" şüarlarını deyiblər.

Filmin qala nümayişi etirazlar ucbatından bir müddət gecikib. Təhlükəsizlik işçiləri qadınları xalçanın üzərindən daşıyaraq uzaqlaşdırıblar.