“Eskizdən səhnəyə”

eskizden-sehneye
Oxunma sayı: 652

Sentyabrın 27-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Turizm işçiləri günü” peşə bayramına həsr edilmiş fond materiallarından ibarət “Eskizdən səhnəyə” adlı sərgi nümayiş ediləcək.

Mədəniyyət və Turizm Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, sərgidə bu günə qədər sərgilənməyən müxtəlif teatr rəssamları tərəfindən tamaşalara çəkilmiş dekorasiya və geyim eskizləri nümayiş olunacaq, muzeyə gələn qonaqlara Azərbaycan teatrının tarixi və səhnəqrafiya sənətimiz haqqında məlumat veriləcək.

Həmin gün muzeydə “Açıq qapı” günü elan ediləcək.