Ermənistan “Evrovision-2012”-dən vaz keçə bilər

ermenistan-evrovision-2012-den-vaz-kece-biler
Oxunma sayı: 635

Ermənistanın “Evrovision” nümayəndə heyətinin rəhbəri Qoar Qasparyan “news.am” saytına açıqlamasında erməni iştirakçıların təhlükəsizliyinə Azərbaycan tərəfi ilə yanaşı Avropa Yayım Birliyinin də təminat verməli olduğunu bildirir. Göründüyü kimi ermənilər Azərbaycanın tam təminatına baxmayaraq yenə də öz iç üzlərini göstərərək bu məsələ ətrafında qalmaqal yaradaraq Avropa dövlətlərinin fikrini yayındırmağa çalışırlar.

Çox güman ki, onlar öz məkrli niyyətləri ilə “Evrovision-2012”nin yüksək səviyyədə təşkil edilməsinə kölgə salmağa çalışırlar. Əminik ki, ermənilərin niyyətləri ürəklərində qalacaq. Ölkəmiz bu müsabiqəni yüksək səviyyədə təşkil edərək bütün dünyaya necə tolerant ölkə olduğunu nümayiş etdirəcək.

Xatırladaq ki, Azərbaycan prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üzrə şəxsi nümayəndəsi Araz Əzimov “Exo Moskvı” radiostansiyasına müsahibəsində ermənilərin Bakıda keçiriləcək “Evrovision-2012” müsabiqəsində təhlükəsizliyinə tam təminat verildiyini bəyan etmişdi.