Ərdoğan məşhurlarla görüşdü - Fotolar

erdogan-meshurlarla-gorusdu
Oxunma sayı: 3039

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Beştəpə Məscidi qarşısında “Demokratiya keşiyində” dayanan sənətçilər və idmançılarla görüşüb.

Qafqazinfo” xəbər verir ki, prezident vətəndaşlarla bir araya gələn sənətkar, aktyor, radio əməkdaşları və idmançıları prezident köşkündə qəbul edib. Ölkə başçısı ilə görüşə gələnlər arasında Alişan, Kutsi, Mustafa Cecəli, Nihat Doğan, Davud Güloğlu, aparıcı Vətən Şaşmaz, “Survivor” yarışmasının tanınmış siması Nagihan və digərləri yer alıb.

Bir araya toplaşan məşhurlar dövlət başçısına dəstək olduqlarını bildiriblər.

Aysel Kərimova