Əməkdar rəssam vəfat edib

emekdar-ressam-vefat-edib
Oxunma sayı: 1458

Oktyabrın 20-si səhər saatlarında Azərbaycanın ilk kukla rəssamı, əməkdar rəssam Solmaz Musayeva 89 yaşında vəfat edib.

Qafqazinfo” Milli.Az-a istinadən xəbər verir ki, Solmaz Qurban qızı Musayeva 1928-ci il aprel ayının 10-da tanınmış ziyalı, yazıçı Qurban Musayevin (xalq yazıçısı Qılman İlkinin böyük qardaşı) ailəsində dünyaya göz açıb.

1987-ci ildən etibarən fərdi yaradıcılıqla məşğul olan Solmaz xanımın yaratdığı 4000-dən artıq etnoqrafik suvenir kuklalar (Azərbaycanın müxtəlif bölgələrinə aid geyimlərdə) muzeylərdə, Azərbaycanda və xarici ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.

2007-ci ildə Azərbaycan Respublikasının əməkdar rəssamı fəxri adına layiq görülüb.

Mərhum Mərdəkan qəbristanlığında, vəsiyyətinə əsasən atası Qurban Musayevin yanında dəfn edilib.

Allah rəhmət eləsin!