Elmar Vəliyev Ayala ilə görüşdü - Foto

elmar-veliyev-ayala-ile-gorusdu
Oxunma sayı: 2990

Elmar Vəliyev Sosialist İnternasionalının baş katibi Luis Ayala ilə görüşüb.

Qafqazinfo” xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Luis Ayalanı salamlayaraq Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin tarixi, mədəniyyəti, sənaye potensialı, Gəncə şəhərində dünyaya göz açmış Nizami Gəncəvi, Məhsəti Gəncəvi kimi şəxsiyyətlər haqqında ətraflı məlumat verib.

Elmar Vəliyev bildirib ki, Gəncə şəhərində bu gün bütün sahələrdə sürətli inkişaf prosesi gedir. Şəhərin tarixi qorunmaqla müasir görkəmə salınır.

Azərbaycana tez-tez gəldiyini qeyd edən Luis Ayala bildirib ki, burada möhtəşəm beynəlxalq tədbirlər təşkil olunur. Sosial Demokratlar Beynəlxalq ailəsini təmsil edən Luis Ayala xüsusi vurğulayıb ki, təşkilatın əsas prinsipi cəmiyyətdə azadlıq, onun hüquqları kimi ideaları müdafiə edir. Luis Ayala vurğulayıb ki, münaqişələrlə bağlı öz tövhələrini verməyə və quruculuq işləri görməyə təşkilat hər zaman hazırdır.

Sonda qonağa hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

Görüşdən sonra Sosialist İnternasionalının baş katibi şəhərin gəzməli-görməli yerlərində olub.