Elçin qayınatasının yubileyində - Fotolar

elcin-qayinatasinin-yubileyinde
Oxunma sayı: 2787

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq Şairi Sabir Rüstəmxanlının anadan olmasının 70 illik yubileyi qeyd olunub.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə respublikanın bir sıra tanınmış elm, mədəniyyət və ictimai-siyasi xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Yazıçılar Birliyinin üzvi, şair, yazıçı-publisist İlqar Fəhmi çıxış edərək Sabir Rüstəmxanlının həyat və yaradıcılığından söz açıb.

Qeyd olunub ki, şairin vətənpərvərlik hissləri ilə yoğurulan şeirləri ədəbiyyatımızda xüsusi yerə malikdir. O, ana dilini varlığı qədər sevir və sevdirməyə çalışır. S.Rüstəmxanlının əsərləri Azərbaycan dilinin və bədii fikrinin zənginləşməsi baxımından seçilir, eyni zamanda, milli dəyərlərimizi və tariximizin taleyüklü anlarını özündə əks etdirir.

Türkiyənin Böyükşəhər bələdiyyəsi rəhbərinin mədəniyyət üzrə müşaviri, şair-publisist Özcan Ünlü, Tatarıstanın Xalq Şairi Robert Minluri çıxış edərək S.Rüstəmxanlı yaradıcılığından danışıblar. 

Sonda çıxış edən şair tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.

Daha sonra tədbir konsert proqramı ilə davam edib, müğənni Elçin Cəfərov səhnədə ifalarını səsləndirib. 

Xatırladaq ki, Elçin Cəfərov xalq şairinin kürəkənidir.