“Ədalət gözləyən Xocalı” - Fotolar

edalet-gozleyen-xocali
Oxunma sayı: 1301

Fevralın 22-də Nəriman Nərimanovun xatirə muzeyində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş “Ədalət gözləyən Xocalı” adlı tədbir keçirilib. 

"Qafqazinfo" xəbər verir ki, tədbir iştirakçıları ilk olaraq muzeyin foyesində Xocalı soyqırımına həsr edilmiş kitab, jurnal, qəzet və fotolardan ibarət sərgi ilə tanış olublar.

Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Mərasimi xatirə muzeyinin direktoru Kamilə Hüseynova açaraq bildirib ki, 1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərində ermənilərin törətdikləri dəhşətli qırğınlar Azərbaycanın tarixinə qanlı hərflərlə yazılıb. Bu gün Xocalı haqqında həqiqətin dünyada çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. 

Tədbirdə çıxış edən Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Həvva Məmmədova və Bakı Dövlət Universitetinin Asiya və Afrika ölkələri tarixi kafedrasının dosenti Atamoğlan Məmmədli faciənin təkcə azərbaycanlılara deyil, bütün insanlığa qarşı törədilmiş ağır cinayət olduğunu və ermənilər tərəfindən bir gecədə 613 günahsız insanın amansızlıqla qətlə yetirildiyini bildiriblər.