Əbülfəs Qarayevə mükafat verildi - Fotolar

ebulfes-qarayeve-mukafat-verildi
Oxunma sayı: 1477

Xəbər verdiyimiz kimi, Bakıda Prezident Administrasiyasının və “The Business Year” jurnalının təşkilatçılığı ilə nəşrin “Azerbaijan 2016” xüsusi buraxılışının (“The Business Year-Azerbaijan 2016”) təqdimat mərasimi keçirilib.

Qafqazinfo” xəbər verir ki, təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, KİV-lərin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrlə yanaşı, mədəniyyət və turizmin inkişafına da göstərilən yüksək diqqət və qayğıdan danışıb. Nazir bu sahədə həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətini vurğulayaraq, Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondunun da ölkəmizdə mədəniyyətin və turizmin inkişafına göstərdiyi diqqətdən ətraflı bəhs edib.

Azərbaycanda turizmin inkişafına görə “İlin ən dinamik sektorunun rəhbəri” mükafatı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təqdim edilib.

Qeyd edək ki, “The Business Year” jurnalının Azərbaycanla bağlı xüsusi buraxılışı artıq altıncı dəfədir nəşr olunur. Nəşrdə ölkəmizin siyasi, sosial-iqtisadi inkişafının əsas göstəriciləri, beynəlxalq miqyasda artan nüfuzu barədə oxuculara ətraflı məlumat verilir.