Əbülfəs Qarayev səfirlə görüşdü - Fotolar

ebulfes-qarayev-sefirle-gorusdu
Oxunma sayı: 824

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qətər Dövlətinin Azərbaycandakı səfiri Yusif bin Həsən Yusif əl-Saini qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində birgə layihələrin həyata keçirilməsi kimi məsələlər müzakirə olunub, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb.

Nazir Əbülfəs Qarayev Qətər Dövlətində keçirilmiş Azərbaycanın turizm potensialının təqdimatı, mədəniyyət günlərinin çox müsbət nəticələr verdiyini bildirib və hal-hazırda da iki ölkənin bu sahələrdə əlaqələrinin genişləndirilməsi üçün belə tədbirlərin keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.