Əbülfəs Qarayev Nyu-Yorkda - Fotolar

ebulfes-qarayev-nyu-yorkda
Oxunma sayı: 884

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 28 iyun-1 iyul 2016-cı il tarixində Nyu-York şəhərinə səfərə gedib.

"Qafqazinfo" xəbər verir ki, səfər çərçivəsində nazir Əbülfəs Qarayev ilə BMT Baş Assambleyasının prezidenti Mogens Lykketoft arasında görüş keçirilib. Görüşdə Azərbaycan ilə BMT arasında, xüsusilə BMT Baş Assambleyası arasında əməkdaşlıq məsələsi geniş müzakirə olunub.

Əbülfəs Qarayev BMT Baş Assambleyanın prezidenti Lykketofta Azərbaycaın prezidenti İlham Əliyevin salamlarını çatdıraraq, hazırda Azərbaycan ilə BMT arasında ən yüksək münasibətlərin olduğunu ifadə edib, 2016-cı ilin 25-27 aprel tarixində keçirilmiş BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun yüksək səviyyədə keçdiyini, 147 ölkədən 3000-dən çox iştirakçının qatıldığı Forumda müzakirə olunan mövzuların dünyanı və xüsusilə BMT-ni narahat edən məsələlərin ətrafında olduğunu diqqətə çatdırıb.