Ceyhun Osmanlının filmi reytinq yığmadı

ceyhun-osmanlinin-filmi-reytinq-yigmadi
Oxunma sayı: 1802

Azərbaycan və Türkiyənin ortaq istehsal etdiyi “İçimdən axan Nehir” filmi gözlənilən nəticəni verməyib.

“Qafqazinfo”nun məlumatına görə, noyabrın 13-ü Türkiyə kinoteatrlarında nümayişə başlayan filmi 1750 nəfər izləyib. Gözlənilən nəticəni vermədiyi üçün ekran işi nümayişdən götürülüb.

Qeyd edək ki, prodüserliyini Azərbaycanın keçmiş millət vəkili Ceyhun Osmanlı ilə Sinan Güləryüzün etdiyi filmə rejissor Erhan Güləryüz ekran həyatı verib. Film Qarabağ müharibəsi zamanı aldığı güllə yarasının onu ölümə apardığını öyrənən musiqiçi Xəzər Qafqazın həyat hekayəsindən bəhs edir. Xəzər ölümə addım-addım yaxınlaşarkən ibtidai sinif müəllimi Nehirə aşiq olur. Nehir obrazını Türkiyənin qalmaqallı model-aktrisası Tuğçe Kazaz, Xəzər obrazını Erhan Güləryüz canlandırıb.

Könül