Ceyhun Osmanlının çəkdirdiyi film - Video

ceyhun-osmanlinin-cekdirdiyi-film-
Oxunma sayı: 2759

Azərbaycan və Türkiyənin ortaq istehsal etdiyi “İçimdən axan Nehir” filmi artıq hazırdır. 

“Qafqazinfo”nun məlumatına görə, prodüserliyini Azərbaycanın keçmiş millət vəkili Ceyhun Osmanlı ilə Sinan Güləryüzün etdiyi filmə rejissor Erhan Güləryüz ekran həyatı verib. Film Qarabağ müharibəsi zamanı aldığı güllə yarasının onu ölümə apardığını öyrənən musiqiçi Xəzər Qafqazın həyat hekayəsindən bəhs edir. Xəzər ölümə addım-addım yaxınlaşarkən ibtidai sinif müəllimi Nehirə aşiq olur. Nehir obrazını Türkiyənin qalmaqallı model-aktrisası Tuğçe Kazaz, Xəzər obrazını Erhan Güləryüz canlandırıb.

Qeyd edək ki, film artıq Türkiyə kinoteatrlarında nümayiş olunur.

Könül