Ceyhun Mirzəyev yad edildi - Foto

ceyhun-mirzeyev-yad-edildi
Oxunma sayı: 2394

Dövlət Film Fondunda mərhum aktyor, rejissor, görkəmli kino xadimi Ceyhun Mirzəyevin 70 illiyi münasibətilə tədbir keçirilib.

Qafqazinfo” xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən əməkdar incəsənət xadimi Cəmil Quliyev, Ceyhun Mirzəyevin dostu Elxan Qasımov əziz dostları haqqında ürək sözlərini bölüşüblər.

Elxan Qasımov Ceyhun Mirzəyevi Alpaçino ilə müqayisə edib. Qeyd edib ki, Ceyhun Mirzəyev "Ögey ana" dan "Fəryad" a qədər əzablı, məşəqqətli bir ömür keçib.

Yubiley gecəsində Ceyhun Mirzəyevin keçdiyi qısa, lakin şərəfli ömür və sənət yolundan bəhs edilib, çəkdiyi və aktyor kimi rol aldığı filmlərlə yanaşı İçtimai televiziyanın “Carçıfilm” studiyasının istehsalı olan Ceyhun Mirzəyevin həyat və yaradıcılığına həsr olunmuş filmi nümayiş etdirilib.

Qeyd edək ki, Ceyhun Mirzəyevin çəkdiyi və aktyor kimi çəkildiyi son film "Fəryad" olub. O, 1993-cü il martın 5-də vəfat edib.