Cenevrədə Xocalı qətliamı ilə bağlı xatirə gecəsi keçirilib

cenevrede-xocali-qetliami-ile-bagli-xatire-gecesi-kecirilib
Oxunma sayı: 629

Fevralın 21-də Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi və Cenevrədə fəaliyyət göstərən digər beynəlxalq təşkilatlar Avropa Azərbaycan Cəmiyyəti (TEAS) ilə birgə əməkdaşlıq şəraitində bütün dünyada keçmiş və davam edən müharibələrin qurbanlarınıa həsr olunmuş anım konserti təşkil edilib.

Qafqazinfo” xəbər verir ki, tədbirdə 25 il bundan əvvəl 1992-ci ildə fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı qurbanlarının xatirəsi xüsusilə yad edilib.

Anım konsertində azərbaycanlı skripkaçı Nəzrin Rəşidova, latviyalı klarnet ifaçısı Anna Gagane və Almaniyanın “Rhein-Quartett” adlı kamera ansamblı çıxış etmişdir. Konsert proqramı müxtəlif beynəlxalq təşkilatları, media, vətəndaş cəmiyyəti və diplomatiya ictimaiyyətinin 150-yə yaxın nümayəndəsi qarşısında təqdim olunub.

Anım tədbirini Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov açıq elan edib.

Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter: “TEAS-ın direktoru olaraq Dağlıq Qarabağda gedən müharibəni qeyd etməsəm düzgün olmaz. Düz 25 il bundan əvvəl erməni işğalçılarından xilas olmaq üçün evlərini qoyub qaçan 613 nəfər kişi, qadın və uşaqlar vəhşicəsinə qətlə yetirilib. İki tamamilə eyni münaqişə olmur. Hər bir yeni müharibənin öz dəhşətli siması olur. Onları bir ortaq cəhət birləşdirir: bu da ən çox həmin müharibənin mərkəzində olan günahsız mülki vətəndaşların əzab çəkməsidir.

Konsert “Rhein-Quartett” kamera ansamblının qərb və azərbaycanlı bəstəkarlarının əsərlərini ifa etməklə davam edib.

Anım gecəsi məşhur fransız bəstəkarı Pyer Tilloyun həmin faciəli gecənin dəhşətlərindən xəbər verən “Xocalı 613” adlı simfonik poemanın ifası ilə yekunlaşdırılıb.