Cəlil Nəcəfovun nəvəsi Kiyevdə - Foto

celil-necefovun-nevesi-kiyevde
Oxunma sayı: 2051

Ukraynanın paytaxtı Kiyev şəhərində "Azərbaycan - Ukrayna" Beynəlxalq Alyansın sədri Elmar Məmmədovun təşəbbüsü və “Taras Şevçenko” adına Kiyev Milli Universitetinin rəhbərliyinin dəvəti ilə Yalta şəhərini alman faşistlərindən azad edən 323 saylı qvardiya alayının komandiri qəhrəman polkovnik Cəlil Bəbir oğlu Nəcəfovun nəvəsi - Azərbaycan Dövlət İqtisad Universiteti “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müəllimi Zümrüd Bəbir qızı Nəcəfova ziyarət edib.

Qafqazinfo” xəbər verir ki, 1944-cü ildə Cəlil Nəcəfov Krım yarımadasını azad olunmasında iştirak edən, 128 qvardiya atıcı diviziyanın 323-cü qvardiya atıcı alayının komandiri təyin edilib.

323-cü alay C.Nəcəfov komandirliği ilə ilk olaraq Yalta şəhərinə ağır döyüşlərdən sonra daxil olub və alman işğalçılardan onu azad edib. 323-cü qvardiya atıcı alay “Yalta” fəxri adı alıb.

Ziyarət zamanı Taras Şevçenko adına Kiyev Milli Universitetin, beynəlxalq münasibətlər üzrə prorektor Andrey Kravçenko, Azərbaycan-Ukrayna qadınlar Şurasının sədri Sevinc Həsənova, elmi-pedaqoji iş üzrə prorektor, fəlsəfə elmləri namizədi, professor Vladimir Bugrov və KMU pedaqojı heyətilə görüşü olub və söhbət zamanı polkovnik Cəlil Nəcəfovun xatirəsi ehtiramla yad edilib, sonra ADİU və KMU təhsil üsulları müzakirə olunub, Azərbaycan və Ukrayna təhsil sistemində paralellər keçirilib.

Sonra Z.Nacəfova Ukrayna Milli Elmlər Akademiyasının Kiyev Hüquq Universitetində olub və Universitetinin rektoru Ukraynanın əməkdar hüquqşünası, hüquq elmləri namizədi, professor Yuri Vladislavoviç Boşitskiy ilə görüşüb. Görüş zamanı təhsil məsələlərinə toxunub.