“Bundan sonra heç bir toya getməyəcəm” - Elməddin

bundan-sonra-hec-bir-toya-getmeyecem-
Oxunma sayı: 3132

Tanınmış aktyor Elməddin Cəfərov özünə qadağa qoyub.

Qafqazinfo” xəbər verir ki, o, bu qadağası haqda Milli.Az-a məlumat verib: "Bundan sonra heç bir toya teleaparıcı kimi getməyəcəyəm. Çünki toy başqadır, sənət başqa. Mən bütün vaxtımı hal-hazırda serial çəkilişlərində keçirirəm. Hamı elə bilir ki, seriallardan külli miqdarda pul qazanıram. Əslində belə deyil. Ruzini verən Allahdır, şükür dolanırıq. Amma toylarda daha aparıcılıq etməyəcəyəm, çünki çox utanıram. Kim gedirsə, pis baxmıram, getsin. Amma mən daha getməyəcəyəm".