Bulvarda caz konserti olacaq

bulvarda-caz-konserti-olacaq
Oxunma sayı: 773

Sentyabrın 3-də Dənizkənarı Milli Parkda, açıq səma altında “Barrel Jazz Nights” adlı caz konserti keçiriləcək.

Qafqazinfo” xəbər verir ki, konsertdə azərbaycanlı və amerikalı musiqiçilər tərəfindən caz-muğam janrında musiqi proqramı təqdim olunacaq.

Konsert proqramında tanınmış ifaçılar Rodolfo Perez, Ronen İtzik, İsmael De La Rosa, Ruslan Ağababayev, Şəhriyar İmanov, Kamran Kərimov və Ələfsər Rəhimov çıxış edəcəklər.