Bu gün Moskva marafonunda 30 mindən çox adam qaçır

bu-gun-moskva-marafonunda-30-minden-cox-adam-qacir
Oxunma sayı: 633

Bu gün Rusiya paytaxtına sağlamlığı qibtə doğuran minlərlə idman həvəskarı toplaşıb. Ənənəvi Moskva marafonunda dünyanın 70 ölkəsindən 30 mindən çox insan iştirak edir.

QafqazinfoAzərtac-a istinadla xəbər verir ki, hazırda məsafənin yarıdan çoxu qət edilib. Marafon iştirakçıları arasında təkcə peşəkarlar deyil, yeni idmançılar da var. Ötən ilə nisbətən iştirakçıların sayı 10 min nəfər artıb.

İki il əvvəl 42 kilometr məsafəni 2 saat 17 dəqiqəyə qaçan keniyalı idmançı Moskva marafonunun rekordunu müəyyənləşdirib.