Bu ANS-çilər də yeni iş yeri tapdı

bu-ans-ciler-de-yeni-is-yeri-tapdi
Oxunma sayı: 9982

ANS TV-də yayımlanan “Passport” verilişinin keçmiş aparıcısı Kənan Hakimov yeni mövsümdən etibarən CBC Sport kanalında fəaliyyətini davam etdirəcək.

Qafqazinfo”nun məlumatına görə, bu barədə Kənan Hakimov özü admiral.az-a danışıb: “ANS TV-də olduğu kimi burada da aparıcı olacağam. Yeni layihə deyil, sadəcə işçi kimi gəlmişəm”.

Kənan Hakimov 2011-ci ilin iyulundan etibarən ANS TV-nin idman departamentində çalışıb.

Bundan başqa, Milli.az xəbər verir ki, ANS-də “Adam içində”, “Səni axtarıram Xoşqədəmlə” verilişlərində çalışmış jurnalist Afət Rahilqızının da yeni iş yeri bəlli olub. O, sentyabr ayından etibarən yeni verilişlə Region TV-də işə başlayacaq.