Bakıda rok festivalı

bakida-rok-festivali
Oxunma sayı: 852

Noyabrın 26-da Bakıda rok festivalı təşkil olunacaq.

Qafqazinfo” xəbər verir ki, “Baku Rock Fest 2016” adlı festivala ölkəmizlə yanaşı, Rusiya və Fransanın tanınmış rok qrupları qatılacaq.

Festival çərçivəsində Rusiyanın məşhur rok ifaçısı Sergey Qalanin və onun rəhbərlik etdiyi “Serqa” rok qrupu, Fransanın tanınmış rok ifaçısı Piyer Edel və Azərbaycanın “Dərviş band” rok qrupu çıxış edəcək.

Konsertdə məşhur hit rep musiqi nömrələri ilə yanaşı, yeni əsərlər də səsləndiriləcək.