Bakıda əmək yarmarkası keçiriləcək

-bakida-emek-yarmarkasi-kecirilecek
Oxunma sayı: 1209

Bakıda “Karyerada ilk addım” devizi altında əmək yarmarkası keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, yarmarka 28 oktyabr 2016-cı il tarixində saat 10:00-da Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində Bakı Turizm Peşə Məktəbinin (8-ci mkr., Cəfər Xəndan küç., 17) zalında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiMədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə tələbə və məzunların əmək bazarına inteqrasiyasına kömək göstərilməsi məqsədilə baş tutacaq. 

Yarmarkada ölkəmizdə fəaliyyət göstərən mehmanxanalar, turizm şirkətləri və digər müvafiq müəssisələr öz vakansiyaları və karyera planları haqqında məlumatları təqdim edəcəkdir.

Maraqlı şəxsləri CV-ləri ilə birgə yarmarkada iştiraka dəvət edirik.