Bakıda daha 3 çadır söküldü

bakida-daha-3-cadir-sokuldu
Oxunma sayı: 3035

Yeni il yarmarkalarının keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) paytaxtda təşkil etdiyi daha 3 çadır sökülüb.

Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə BŞİH-nin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.

Onun sözlərinə görə, fəaliyyətinə icazə verilmədiyi üçün metronun "Əhmədli", "Nərimanov" və "Neftçilər" stansiyasının qarşısında qurulan çadırlar sökülüb:

“Hazırda Fövqəladə Hallar Nazirliyinə çadırların texniki şərti üçün etdiyimiz müraciətə cavab gözləyirik. Əgər müraciətə müsbət cavab verilməsə, çadırların hamısı söküləcək və yeni il yarmarkaları açıq hava şəraitində keçiriləcək. Biz sadəcə yeni ildə havaların soyuq və yağıntılı olmasını nəzərə alaraq yarmarkaların çadırlarda keçirilməsini istəyirdik. Bu həm də küçə ticarətinin qarşısını almaq məqsədi daşıyırdı. Amma, icazə verilməsə, açıq havada təşkil edəcəyik”.

Qeyd edək ki, yeni il yarmarkalarının keçirilməsi üçün Bakıda 12 çadır qurulmuşdu. Həmin çadırlardan 4-ü sökülüb.