Azərbaycanlı milyarderin yarım milyonluq təklifini rədd etdi

azerbaycanli-milyarderin-yarim-milyonluq-teklifini-redd-etdi
Oxunma sayı: 5187

Məşhur müğənni və rejissor Mahsun Kırmızıgül azərbaycanlı milyarderin yarım milyon dollarlıq təklifini rədd edib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Rusiyada yaşayan və adı açıqlanmayan milyarder müğənniyə səhnəyə çıxması üçün 1 milyon 200 min TL təklif edib. Müğənni təklifi rədd etməsini “əgər bir gün səhnəyə geri dönsəm, bu xalq konserti şəklində olacaq. Əmin olun ki, məqsədim daha çox pul qazanmaq olsaydı, mahnı oxumağa davam edərdim” sözləri ilə şərh edib.

Türkiyə mediası son olaraq ssenarisini yazdığı, rejissoru olduğu və baş rolda oynadığı “Möcüzə” filmi ilə 3 milyondan çox tamaşaçı toplayan Kırmızıgülün bütün səhnə təkliflərini rədd etdiyini yazır.