Azərbaycanlı iştirakçıdan rekordluq ifa - “Rising Star Türkiye”

azerbaycanli-istirakcidan-rekordluq-ifa
Oxunma sayı: 3510

“O ses Türkiye” musiqi yarışmasının eks-iştirakçısı, azərbaycanlı ifaçı Məltəm Abbasova yenidən gündəmə gəlib.

Qafqazinfo” xəbər verir ki, həmyerlimiz “Rising Star Türkiye” mahnı müsabiqəsində çıxış edib.

O, Mustafa - Emine Sandal, Yılmaz Mörgül və İrem Dericinin münsifi olduğu yarışmada Sam Brownun “Stop” mahnısını səsləndirib.

Azərbaycanlı iştirakçı 94 faiz səs toplayaraq “Rising Star Türkiye”dəki yoluna davam edib, yeni bir rekorda imza atıb.

Xatırladaq ki, Məltəm Abbasova Rusiyada yaşayan azərbaycanlıdır. O, “O ses Türkiye” yarışmasında Ebru Gündeşin komandasında yoluna davam etmişdi, “Son seçimlər” mərhələsində az səs toplayaraq müsabiqədən uzaqlaşmışdı.

M. Abbasovanın çıxışı ilə bu linkdə tanış ola bilərsiz:

http://www.acunn.com/rising-star-turkiye/meltem-abbasova-stop-1013115-video