Azərbaycanın azyaşlı modelləri... - Fotolar

azerbaycanin-azyasli-modelleri
Oxunma sayı: 6931

“Magical Kids Club”un təşkilatçılığı ilə “Kids Best Model 2016” müsabiqəsi keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, müsabiqədə 3-5 yaşarası ( 13 nəfər) və 6-8 yaşarası ( 10 nəfər) azyaşlı modellər birincilik uğrunda mübarizə aparıb.

Münsif kürsüsündə modelyer Leyla Əhmədova, “Fashion Model School”un rəhbəri Lyubov Gutorova, imicmeyker Elnarə Bəkirova, “Best model of Azerbaijan 2006”nın qalibi Rüstəm Cəbrayılov, müğənni Səidə Sultan, vizajist Nigar İbrahimova və jurnalist Elvin Elxan əyləşib.

İki qrup üzvləri arasında seçim edilib, qaliblər müəyyənləşib.

Müsniflər heyətinin seçimi ilə 3-5 yaşarası qrupdan 55 balla Sintiya Obidike və 59 balla Əlihəsən İsmayılov qalib olub.

6-8 yaşlı qrupda yarışan 10 iştirakçı arasında 54 balla Nuray Məmmədli və 59 balla Ramil Ağayev qalib elan olunub.