Azərbaycan və Rusiya arasında yeni - Müqavilə

azerbaycan-ve-rusiya-arasinda-yeni-
Oxunma sayı: 1497

Xəbər verdiyimiz kimi, 1-3 dekabr 2016-cı il tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində görkəmli rus bəstəkarı Sergey Prokofyevin 125 illiyinə həsr olunmuş V Sankt-Peterburq beynəlxalq mədəniyyət forumunda mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

"Qafqazinfo" xəbər verir ki, bu gün forum çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Federasiyası Mədəniyyət Nazirliyi arasında 2017-2019-cu illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Əməkdaşlıq müqaviləsində xalq yaradıcılığı sahəsində əməkdaşlığın inkişafı, kitabxana və muzey işi, sərgi fəaliyyəti sahəsində birgə fəaliyyətin təşviqi, kinematoqrafiya sahəsində əməkdaşlığın aparılması və birgə layihələrin həyata keçirilməsi, eləcə də qarşılıqlı beynəlxalq musiqi festivalları, müsabiqə və ənənəvi musiqi tədbirlərində iştirak məsələləri öz əksini tapıb.

Xatırladırıq ki, müqaviləni Azərbaycan tərəfindən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Rusiya  tərəfindən isə mədəniyyət nazirinin müavini Alla Manilova imzalayıb.