Azərbaycan Avropa kino festivalında “Qırmızı bağ” dramı ilə təmsil olunacaq

azerbaycan-avropa-kino-festivalinda-qirmizi-bag-drami-ile-temsil-olunacaq
Oxunma sayı: 639

Bakıda noyabrın 3-də start götürəcək VII Avropa kino festivalında Avropa İttifaqının 19 ölkəsində istehsal olunmuş bədii və sənədli filmlər nümayiş olunacaq. Ötən illə müqayisədə iştirakçıların sırasına daha 3 ölkə qoşulub.

Qafqazinfo”nun məlumatına görə, bu barədə “Park Cinema” kinoteatrlar şəbəkəsinin baş direktoru Namiq Quliyev məlumat verib: “Cari ildə festivala ilk dəfə qatılan ölkələr olacaq, eyni zamanda festivalın keçrildiyi müddət də 10 günədək artıb. Festivala hazırlıq işləri yekunlaşmaq üzrədir. Festivalın ilkin proqramı da hazırdır”.

Qeyd eək ki, Azərbaycan festivalda “Qırmızı bağ” dramı ilə iştirak edəcək.