Aydın Dadaşovun oğlu atasının ölümündən danışdı

aydin-dadasovun-oglu-atasinin-olumunden-danisdi
Oxunma sayı: 3388

Azərbaycanın tanınmış kinoşünası Aydın Dadaşovun oğlu atasının ölümü ilə bağlı yayılan müzakirələrə münasibət bildirib.

Orxan Dadaşov “Qafqazinfo”ya açıqlamasında atasına xərçəng diaqnozunun qoyulmadığını söyləyib.

Mərhumun oğlu bildirib ki, atası ürəktutmasından vəfat edib: “Yayılan məlumatlar doğru deyil. Atam qəfildən dünyasını dəyişib, infarkt keçirib”.

Xatırladaq ki, daha əvvəl yayılan məlumatlarda bildirilirdi ki, Aydın Dadaşova xərçəng xəstəliyi diaqnozu qoyulubmuş. Dünən bu diaqnozun yalan olduğunu eşidən kinoşünas sevincdən hönkürtü ilə ağlamağa başlayıb və ürəyi partlayıb.

Elvin Elxan