Aybəniz Haşımovayla görüş - Fotolar

aybeniz-hasimovayla-gorus
Oxunma sayı: 3088

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə H.Sarabski adına Mədəniyyət evi Ə.Bədəlbəyli adına 23 nömrəli musiqi məktəbində "Bizim Evin Qonaqları” rubrikası çərcivəsində əməkdar artist Aybəniz Haşımova ilə görüş keçirib.

"Qafqazinfo"nun məlumatına görə, müğənni "Vətəndən Pay Olmayır" mahnısını səsləndirəndən sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Aparıcılığı Nuranə Axundovaya həvalə olunan tədbirdə A.Haşımova və "Bülbüllər" qrupunun solistləri sualları cavablandırıb, mahnılar oxuyublar.

Tədbirdə həmçinin əməkdar artist Firuzə İbadova və müğənni Yaqut Babayeva da iştirak ediblər.