AYB-dən Əsəd Cahangirlə bağlı - Rəsmi açıqlama

ayb-den-esed-cahangirle-bagli-
Oxunma sayı: 1628

Azərbaycan Yazıçılar Birliyi “Azərbaycan” jurnalının baş redaktor müavini Əsəd Cahangirlə bağlı rəsmi açıqlama yayıb.

“Qafqazinfo” həmin açıqlamanı olduğu kimi təqdim edir:

“Azərbaycan Yazıçılar Birliyinin Katibliyi Əsəd Cahangirin ərizəsini nəzərə alaraq onu öz xahişi ilə "Azərbaycan" jurnalının baş redaktor müavini vəzifəsindən azad edib. Əsəd Cahangirə Azərbaycan Yazıçılar Birliyində başqa iş təklif olunacaq”.

Xatırladaq ki, Əsəd Cahangir daha öncə mətbuata verdiyi açıqlamada məsələdən xəbərsiz olduğunu bildirmişdi.