Axundov Kitabxanasından “zaryadka” qadağası haqda - Açıqlama

axundov-kitabxanasindan-zaryadka-qadagasi-haqda-
Oxunma sayı: 2898

Bir neçə gündür ki, sosial şəbəkələrdə Mirzə Fətəli Axundov adına Milli Kitabxanada elektron avandanlıqlara enerji yüklənməsinə qadağa qoyulması barədə məlumatlar yazılır. Şəbəkə istifadəçiləri kitabxananın bu vasitə ilə qənaət etdiyini iddia edirlər.

Qafqazinfo” olaraq məsələylə bağlı Milli Kitabxananın xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova ilə əlaqə saxladıq. Onun sözlərinə görə, mobil telefonların cərəyana qoşulmasına icazə verilməməyin səbəbi qənaət etmək yox, oxu zalında rahatlıq yaratmaqdır:

“Biz hər hansı bir qənaət rejiminə görə mobil telefonların cərəyana qoşulmasına qadağa qoymamışıq. Oxucular rahatlıqla öz kompüterlərini cərəyana qoşa bilərlər. Mobil telefonla oxu zalına girmək qadağandır. Hətta oxu zalında mobil telefonla danışanlar da var. Hər hansı bir danışıq olduqda, telefon zəng çaldıqda oxucular narahat olur və bizə şikayət edir. Hazırda kitabxanaya gəlsəz, özünüz şahid olarsız ki, yüzlərlə insan kompüterini cərəyana qoşub. Əgər qənaət üçün olunsaydı, başda kompüterə icazə verilməzdi. Çünki bu zaman daha çox elektrikdən istifadə olunur”.

Günel Hacı