Arif Alışanov telejurnalisti müavin təyin etdi

arif-alisanov-telejurnalisti-muavin-teyin-etdi
Oxunma sayı: 6301

Tanınmış telejurnalist, şair-publisist Bəxtiyar Qaracaya Azərbaycan Dövlət Televiziya və Radio Yayımları Şirkətində vəzifə verilib.

“Qafqazinfo” aznews.az-a istinadən xəbər verir ki, o, kanalın rəhbəri Arif Alışanovun müvafiq əmri ilə Mədəniyyət kanalına direktor müavini təyin edilib. AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova faktı təsdiqləyib.

Məlumat üçün bildirək ki, B.Qaraca bundan əvvəl “Azərbaycan” qəzetində çalışırdı. Qəzetdən əvvəl isə telejurnalist uzun illər AzTV-də çalışıb.

Onu da bildirək ki, bir müddət əvvəl mətbuatda A.Alışanovun 2006-2009-cu illərdə işdən qovduğu baş redaktorları geri qaytarması ilə bağlı yazılar dərc olunmuşdu. Həmin yazılarda bildirilirdi ki, bir vaxtlar Gənclik Proqramları redaksiyasından uzaqlaşdırılan şair Bəxtiyar Qaraca da ötən ilin sonunda Arif Alışanovla görüşüb və onun yenidən televiziyaya qaytarılması ilə bağlı müzakirələr aparılıb.