AMEA işçi axtarır

“AMEA işçi axtarır
Oxunma sayı: 1168

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlüyünə əlavə vakant yerlərə seçkilər keçirilir.

Qafqazinfo”nun məlumata görə, əlavə vakant yerlər Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi (1 müxbir üzv), Biologiya və Tibb Elmləri Bölməsi (1 müxbir üzv), İctimai Elmlər Bölməsi (1 həqiqi üzv, 1 müxbir üzv) üzrədir.

AMEA-nın həqiqi üzvləri (akademikləri) AMEA Nizamnaməsinin 5.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan, elm istiqamətləri üzrə geniş tədqiqatlar aparan, elmi yeni biliklərlə zənginləşdirən, tanınmış elmi məktəblər yaradan AMEA-nın müxbir üzvləri sırasından seçilirlər.

AMEA-nın müxbir üzvləri AMEA Nizamnaməsinin 5.3-cü bəndinə əsasən elmin inkişafında görkəmli xidmətləri olan, onu dəyərli tədqiqatları ilə zənginləşdirən Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilirlər.

“AMEA üzvlərinin və onun rəhbər orqanlarının seçkiləri haqqında Əsasnamə”yə uyğun olaraq elan olunmuş ixtisaslar üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisələrin və ali təhsil müəssisələrinin elmi şuraları AMEA-nın həqiqi və ya müxbir üzvlüyünə namizədlər irəli sürmək hüququna malikdir.

AMEA üzvlüyünə irəli sürülən namizədlərin aşağıda qeyd olunan sənədləri (2 nüsxə) 7 yanvar 2016-cı il tarixindən etibarən 30 gün müddətində AMEA Rəyasət Heyətinin qərarı ilə yaradılmış Komissiyaya təqdim edilməlidir:

• AMEA həqiqi və ya müxbir üzvlüyünə namizədin irəli sürülməsi haqqında müvafiq qərar və ya təqdimat;

• Tərcümeyi-hal;

• Kadrların uçotu üzrə şəxsi vərəqə;

• Elmi əsərlərin siyahısı;

• Ali təhsil, fəlsəfə doktoru, elmlər doktoru diplomlarının və professor attestatının surətləri;

• Əsas iş yerindən xasiyyətnamə;

• 4x6 sm ölçüdə 3 ədəd fotoşəkil.

Sənədlər hər gün saat 10:00-dan 17:00-dək (şənbə və bazar günləri istisna olmaqla) aşağıdakı ünvanda qəbul edilir:

Ünvan: Bakı şəhəri, H.Cavid prospekti, 115, Akademiya şəhərciyi, AMEA-nın Əsas binası, 150-ci otaq.


Qafqazinfo.az saytı ilə əlaqə üçün E-mail: info@qafqazinfo.az

Oğurluq etmə, istinad et!