Alman jurnalında Azərbaycan haqda məqalə dərc edilib

alman-jurnalinda-azerbaycan-haqda-meqale-derc-edilib
Oxunma sayı: 1027

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) direktoru Lionel Zetter Almaniyanın “The European” jurnalının veb saytında (http://www.theeuropean.de/lionel-zetter/11582-berg-karabach) “Dağlıq Qarabağ – dini müharibə deyil, torpağın açıq-aydın zəbt edilməsidir” adlı məqaləsi dərc edilib.

Qafqazinfo” xəbər verir ki, məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə ekskurs edilir, ölkəmizdəki etnik və dini icmaların birgə yaşayışı üçün yaradılan dinc tolerant şəraitdən və bunun regionun gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanır.

Lionel Zetterin məqaləsindən bəzi məqamları təqdim edirik:

“Reallıq ondan ibarətdir ki, Azərbaycan böyük etnik və dini tolerantlıq məkanıdır. 2 oktyabr tarixində Papa Frensis Bakıda Katolik icması ilə görüşərkən, burada Azərbaycanın tolerantlıq modelini parlaq ifadələrlə təsvir edərək demişdir: “Hər şeydən əlavə, mən katolik, müsəlman, pravoslav və yəhudi icmaları arasında səmimi münasibətlərin olmasından xüsusilə məmnunam. Bu yaxşı münasibətlər bunun birgə dinc yaşayış və bütün dünyada sülh üçün əhəmiyyətli olduğunu nəzərdə tutur və sübut edir ki, müxtəlif dini konfessiyaların nümayəndələri arasında səmimi münasibətlərə, hamının rifahı naminə hörmət və əməkdaşlığa nail olmaq mümkündür. Bu, bir dini təmayüllü olan monoetnik ölkə deyil.”

“Monoetnik Ermənistanda isə tamam fərqli mənzərədir. Təkcə Azərbaycan paytaxtında üç işlək sinqoq dindarların üzünə açıqdır, onlardan biri yəhudi icması üçün hökumət tərəfindən inşa edilmişdir. İki Pravoslav, həmçinin Protestant Lüteran və Roma Katolik kilsələri fəaliyyət göstərir. Dünyada tamamilə yəhudilərdən ibarət ən böyük yaşayış məntəqələrindən biri Quba şəhərindən şimalda yerləşir. Erməni kilsəsi hələ də Bakının mərkəzində yer alır. Demək istəyirəm ki, Ermənistanla münaqrişənin dinlə heç bir əlaqəsi yoxdur”.

“Aprel döyüşlərinin bir müsbət nəticəsi o oldu ki, iki prezident (Əliyev və Sarqsyan) görüşməyə və sülh danışıqlarının bərpa edilməsinə dair razılıq əldə etmişlər. Onlar Vyanada və daha sonra Sankt- Peterburqda görüşmüş və üçüncü görüşün də bu yaxınlarda keçirilməsi planlaşdırılır. Ümidlər var ki, 25 il aparılan danışıqlardan sonra faktiki olaraq həqiqi irəliləyiş əldə edilə bilər. Lakin, məsələ ondadır ki, qəbul ediləndən bir neçə gün sonra, bəzi hallarda isə bir neçə saat ərzində icra olunan İraq, Serbiyaya aid olan və digər BMT qətnamələrindən fərqli olaraq Dağlıq Qarabağla bağlı qətnamələr 23 ildir ki, yerinə yetirilməmiş qalır. Azərbaycana davamlı olaraq təmkinli olmağı, güzəştə getməyi və hərbi hərəkətə keçməməyə tövsiyə edilir”.