2017-ci il beynəlxalq turizm ili olacaq

2017-ci-il-beynelxalq-turizm-ili-olacaq
Oxunma sayı: 1253

Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyasının 2015-ci ilin 12-17 sentyabr tarixlərində Kolumbiyanın Medelin şəhərində keçirilən 21-ci sessiyası çərçivəsində qəbul edilən qətnaməyə əsasən 2017-ci il dünyada “Beynəlxalq davamlı turizm ili” elan edilib.

Qafqazinfo” xəbər verir ki, beynəlxalq davamlı turizm ilinin qeyd edilməsinin əsas məqsədi, turizm sənayesinin inkişafında davamlı turizmin rolunun artırılması, bu növ turizmin təbliğatının, eləcə də bu sahə üzrə maarifləndirmə işlərinin gücləndirilməsidir.

2017-ci il dünyada “Beynəlxalq davamlı turizm ili” BMÜTT-nin icrası, eləcə də Hökumətlər, BMT-nin aidiyyəti təşkilatları, digər beynəlxalq və regional təşkilatların birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.

Qeyd edək ki, BMÜTT-nin digər üzv ölkələri ilə yanaşı, “Beynəlxalq davamlı turizm ili”nin ölkəmizdə qeyd edilməsi məqsədilə sözügedən təşkilatdan müvafiq müraciət məktubu göndərilib.