“Youtube”da yeni bölmə yaradılacaq

youtubeda-yeni-bolme-yaradilacaq
Oxunma sayı: 1326

“Youtube” video portalında yeni bölmənin yaradılması planlaşdırılır.

Qafqazinfo”nun Azərtac-a istinadən verdiyi xəbərə görə, bu bölmədə istifadəçilər mətnlər, fotoşəkillər, videoçarxlar yerləşdirə və həmkarları ilə bölüşə biləcəklər. Bu barədə portalın “Venturebeat” bloqunda məlumat verilib.

Rəsmi məlumatlara əsasən, “Backstage” adlandırılan platformanı “Youtube” cari ilin sonunadək istifadəyə verməyi planlaşdırır.

Bu platforma vasitəsilə istifadəçilər həm mobil, həm də kompyuter versiyaları ilə ünsiyyət yarada biləcəklər.