Xərçəngin müalicəsində inqilab edəcək dərman hazırlanır

xercengin-mualicesinde-inqilab-edecek-derman-hazirlanir
Oxunma sayı: 2498

Rusiyalı tədqiqatçılar xərçəngin müalicəsi üçün yeni dərmanın təcrübədən keçirilməsi barədə məlumat yayıb. Bu preparat klinikayaqədərki təcrübənin birinci mərhələsini keçib və xərçəng ilə mübarizədə əla nəticələr göstərib.

QafqazinfoAzərtac-a istinadla xəbər verir ki, dərmanların kliniki təcrübəsi isə 2018-ci il üçün nəzərdə tutulur. Lakin Petrov adına Onkologiya Elmi-Tədqiqat İnstitutunda bəzi əczaçılıq vasitələrini xəstələr üzərində testdən keçiriblər və nəticələr ümidverici olub.

Hazırda alimlər əldə edilən nəticələri emal edirlər. Son mərhələnin uğurlu keçəcəyi təqdirdə preparatın istehsalına başlanıla bilər.