Təhsil sahəsində yadda qalan hadisələr... - Fotolar

tehsil-sahesinde-yadda-qalan-hadiseler-
Oxunma sayı: 1562

Təhsil Nazirliyi 2016-cı ildə təhsil sahəsində yadda qalan 50 əlamətdar hadisənin siyahısını və fotosunu yayıb.

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan siyahıda Prezident İlham Əliyev "Bilik günü"ndə iştirakı, “Formula-1” Avropa Qran-prisi ilə əlaqədar “Bir” Tələbə-Könüllü Proqramı ilə anlaşma memorandumunun imzalanması, Təhsil naziri Mikayıl Cabbarov Tərtər rayonunun cəbhə xəttində yerləşən Seydimli kəndinin Ermənistan tərəfindən artilleriya atəşinə tutulması nəticəsində yaralanan məktəbli Sənan Vəlizadəyə baş çəkməsi, "Baku Expo" Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi və iştirakı ilə təşkil olunan 10-cu Beynəlxalq Təhsil Sərgisi və digər hadisələr öz əksini tapıb.